AZ

Çin bu ölkəyə hücum etsə, dəstəkləyəcəyik Kremldən şok

ain.az bildirir, Axar.az portalına istinadən.

Rusiya xarici işlər naziri Sergey Lavrovun ilin yekunları ilə bağlı ölkə mediasına geniş müsahibəsində Tayvanla bağlı sözləri diqqət çəkib. O deyib ki, əgər Çin Tayvanı ələ keçirmək məqsədilə hərbi müdaxiləyə başlayarsa, Rusiya müttəfiqinin yanında olacaq. Kreml bununla Çinin Tayvanı zorla ələ keçirmək siyasətinə dəstəyini nümayiş etdirdi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Görünür, Çinin Tayvanı ələ keçirmək məqsədilə müharibəyə başlaması Rusiyanın maraqlarına cavab verir. Kremldə hesab edirlər ki, Asiya qitəsində yeni müharibə böyük dövlətlərin diqqətini həmin bölgəyə yönəldəcək və bu, Qərb ölkələrinin Rusiya-Ukrayna müharibəsinə diqqətinin azalmasıyla müşahidə olunacaq. Buna baxmayaraq, Pekin Tayvanı ələ keçirmək məqsədilə müharibəyə başlamağa risk etmir. Çünki bu müharibənin Çin iqtisadiyyatı üçün ciddi problemlər yarada biləcəyinin fərqindədir. Putin Ukraynaya qarşı işğalçı müharibəyə başladıqda iqtisadi riskləri hesablamadı və Rusiya üçün ağır nəticə göz qabağındadır”, - o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
axar.az

1Mənbələr