AZ

Rəis köməkçisini kim və ya kimlər öldürüb..?

Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.

...Əfqanıstan ölkənin Baş Kəşfiyyat İdarəsinin rəisinin köməkçisi Maulavi Naomanın sirli ölümünü araşdırır.

SİA xəbər verir ki, bu barədə TOLOnews Plus Telegram kanalı mənbələrə istinadən bildirir.

İlkin məlumatlara görə, kəşfiyyat zabiti paytaxt Kabilin But Xak rayonundakı evində öldürülüb.

Nəşrin mənbələrinə görə, Naomanın evində partlayış baş verib və qaz balonunun mənbə olması mümkündür. Əfqanıstanda hakimiyyətə gəldikdən sonra “Taliban” hərəkatı ölkənin milli kəşfiyyat agentliyi kimi Baş Kəşfiyyat İdarəsini (GDI) təsis edib.

Yeni struktur ləğv edilmiş Milli Təhlükəsizlik Baş İdarəsini (GNSS) əvəz edib.

Noyabrın sonu və dekabr aylarında Tacikistan və Əfqanıstan sərhədində toqquşmalar baş verib və bir neçə nəfərin ölümü ilə nəticələnib.

Ölənlər arasında ən azı üç Çindən olan işçi və iki Tacikistan sərhədçisi olub.

Əfqanıstandan sızan silahlılar da öldürülüb. Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsi (DTK) Əfqanıstan rəhbərliyini Tacikistanla sərhəd təhlükəsizliyinin təmin edilməsində məsuliyyətsizlikdə günahlandırıb və Əfqanıstan hökumətinin vəziyyəti düzəldəcəyinə ümid etdiyini bildirib. Əfqanıstan-Tacikistan sərhədindəki gərgin vəziyyət fonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Mərkəzi Asiya ölkələrindən birində simulyasiya edilmiş böhranın qarşısını almağa yönəlmiş tədbirlər həyata keçirib.

KTMT əvvəllər Tacikistan hakimiyyətinin noyabr ayında Əfqanıstanla sərhəddə baş verən hadisələrlə əlaqədar yardım istəməsi barədə məlumatları təkzib edib.

Həmin hadisələrdə yaraqlılar Çindən gələn işçilərə hücum edərək bir neçə nəfəri öldürüblər.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
sia.az

2Mənbələr