ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlardan sonra Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təsdiqlənməsi üçün Konqresə təqdim etməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən ABŞ rəsmisinə istinadən CNN məlumat yayıb.
Mənbənin sözlərinə görə, Tramp ABŞ-nin dəstəkləyəcəyi təhlükəsizlik zəmanətlərini Konqresə təqdim etməyə hazırdır. O, həmçinin bu paketi Vaşinqtonun Ukraynaya təklif edə biləcəyi "platin standartı" adlandırıb.
"Bu, onların indiyə qədər gördükləri ən möhkəm təhlükəsizlik protokolu paketidir. Bu, çox, çox güclü paketdir", - başqa bir yüksək səviyyəli ABŞ rəsmisi deyib.