AZ

Dünyanın ən yaxşı hücumçusu bilindi

style='margin-bottom:10px;'>

"Barselona"nın gənc forvardı Lamin Yamal "Globe Soccer Awards" mərasimində 2025-ci ilin ən yaxşı hücumçusu adına layiq görülüb.

QOL.az xəbər verir ki, ispaniyalı futbolçu bu nüfuzlu mükafat uğrunda mübarizədə rəqiblərini geridə qoymağı bacarıb. Finalçılar sırasında Usman Dembele, Xviça Kvaratsxeliya (hər ikisi PSJ), Kilian Mbappe (“Real Madrid”) və Rafinya (“Barselona”) da yer alıb.

Qeyd edək ki, Yamal cari mövsümdə Kataloniya təmsilçisinin heyətində 20 matçda iştirak edib, 9 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsinin müddəti 2031-ci ilə qədər qüvvədədir.

Seçilən
18
teleqraf.com

1Mənbələr