Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq.
Publika.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
29.12.2025-ci il tarixdə saat 10:00-dan etibarən Səbail rayonu üzrə Badamdar şosesinin, 3-cü yaşayış massivinin, Şərq, T. Məmmadov S. Məmmədov, Ə. Nəzərov, N. Paşayev, C.Hasilov, Lomonosov, Çerniyakov, Dağlıq, G. Əliyev və A. İsmayılov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.