“Barselona”nın və İspaniya milli komandasının sabiq futbolçusu Andres İnesta "Globe Soccer Awards" mərasimində “Karyera uğuru” mükafatına layiq görülüb.
90deqiqe.Az-ın məlumatına görə, 41 yaşlı futbolçu karyerası ərzində həm klub, həm də millidə böyük uğurlara imza atıb. “Barselona” ilə 9 La Liqa və 4 Çempionlar Liqası, İspaniya millisində isə 2 Avropa çempionluğu və 1 Dünya çempionluğu qazanıb.
İnesta peşəkar karyerasını 2024-cü ilin payızında yekunlaşdırıb.
Qeyd edək ki, Andres İnesta peşəkar futbolçu kimi karyerasını 2024-cü ilin payızında başa vurduğunu açıqlayıb.