AZ

“Globe Soccer Awards” ilin ən yaxşılarını açıqladı

BAKI, 28 dekabr. TELEQRAF

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Globe Soccer Awards”ın mükafatlandırma mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, mərasimdə müxtəlif nominasiyalarda ilin ən yaxşıları açıqlanıb.

2025-ci ilin ən yaxşı futbolçusu adına PSJ-nin hücumçusu Usman Dembele layiq görülüb. İlin ən yaxşı məşqçisi nominasiyasında Paris təmsilçisindən Luis Enrike qalib olub.

“Yaxın Şərqin ən yaxşı futbolçusu” mükafatı “Əl-Nəsr”in üzvü Kriştianu Ronalduya verilib. İlin ən yaxşı gənc futbolçusu adına PSJ-dən Dezire Due layiq görülüb.

Ən yaxşı hücumçu mükafatını “Barselona”dan Lamin Yamal alıb. İlin ən yaxşı yarımmüdafiəçisi mükafatı PSJ-dən Vitinyaya verilib.

Portuqaliya yığması ilin ən yaxşı milli komandası kimi tanınıb. Ən yaxşı agent Jorje Mendeş, ən yaxşı idman direktoru Luis Kampos (PSJ) olub. Ən yaxşı prezident mükafatı PSJ-dən Nasser Əl-Xelayfiyə təqdim edilib.

Seçilən
33
teleqraf.com

1Mənbələr