AZ

Qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq.

 

Pravda.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

 

Dekabrın 29-u saat 10:00-dan etibarən Səbail rayonu üzrə Badamdar şosesinin, 3-cü yaşayış massivinin, Şərq, T.Məmmədov, S.Məmmədov, Ə.Nəzərov, N.Paşayev, C.Hasilov, Lomonosov, Çernyakov, Dağlıq, G.Əliyev və A.İsmayılov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Bundan başqa, Nəsimi və Yasamal rayonları üzrə M.Əliyev, İ.Səfərli, T.Xəlilbəyli, M.İbrahimov, D.Əliyeva, Vidadi, Ə.Quliyev, H.Aslanov küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Tarix: 28 Dekabr 2025, 23:05   
Seçilən
27
2
pravda.az

3Mənbələr