“Liverpul” heyətini gücləndirmək niyyətindədir. Klub İspaniya təmsilçisi “Real”ın braziliyalı hücumçusu Rodriqo üçün rəsmi təklif göndərməyə yaxındır.
Apasport.az xəbər verir ki, mersisaydlılar 24 yaşlı oyunçunu transfer etmək üçün 50–60 milyon avro ödəməyə hazırdırlar.
Məhəmməd Salahın Premyer Liqa təmsilçisindəki gələcəyi qeyri-müəyyənlik doğurduğundan rəhbərlik indidən yeni futbolçu ilə danışıqlara başlamağı məqbul hesab edir.
Qeyd edək ki, Rodriqo “Real”ın heyətində cari mövsüm bütün turnirlərdə 21 oyunda iştirak edib, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
“Barselona”nın sabiq vitse-prezidenti dünyasını dəyişib
Ake “Barselona”nın hədəfində
“Yuventus”un qolkiperi A Seriyasında klubunu dəyişəcək
“Milan” kapitanı ilə bağlı qərarını verib
“Vinisius karyeramda rastlaşdığım ən yaxşı insanlardan biridir”