“Mançester Siti” qış transfer pəncərəsində “Bornmut”un hücumçusu Antuan Semenyonu transfer etmək üçün əsas namizəd hesab olunur.
90deqiqe.Az xəbər verir ki, “Liverpul” və “Arsenal” futbolçunun yanvar ayında alınması variantını nəzərdən keçirmirlər. Hər iki klub Semenyoya qarşı mümkün danışıqları yay transfer pəncərəsinə qədər təxirə salmağı üstün tuturlar.
Eyni zamanda, “Mançester Siti” artıq aktiv addımlar atıb. İngilis klubu futbolçunun transferi ilə bağlı rəsmi danışıqlar aparır və yaxın həftələrdə onun imzasını əldə etmək üzrə favorit hesab olunur.