AZ

Sumqayıtda ipoteka ilə alınmış mənzildən artıq ödəniş tələb olunur – VİDEO

Mənzil sahibindən artıq ödəniş tələb olunur, ödəmədiyi halda işığı kəsilir.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini Fərhad Mehralıyev iddia edir ki, yaşadığı binanın komendantlığı ondan rəsmi sənədlərdə göstəriləndən artıq kvadratmetrə görə kommunal ödəniş tələb edir.

Fərhad Mehralıyev deyir ki, Satmaq öhdəliyi ilə kirayəyə verilən mənzillərdən birini alıb.rəsmi sənədlərdə onun kirayə götürdüyü mənzilin sahəsi 81 kvadrat metr olaraq göstərilib. O,məhz bu sahəyə uyğun olaraq aylıq kirayə haqqını tam şəkildə ödəyir. Lakin buna baxmayaraq, yaşayış kompleksinin komendantı və MTK rəhbərliyi vətəndaşdan 99 kvadrat metr sahəyə görə aylıq əlavə kommunal haqqı tələb edir.

Məsələ ilə bağlı Bağçalı Evlər Yaşayış Kompleksinin satış ofisinə yaxınlaşdıq. Lakin, komendantlıqdan heç kəsi ofisdə tapa bilmədik. Telefonlarımıza isə cavab verən olmadı.

Çəkilişdən sonra MTK-nın komendantlığı məsələ ilə bağlı  vətəndaşla əlaqə saxlayıb, görüş üçün ofisə dəvət edib. Anlaşmazlıq aradan qaldırılacaq deyə vətəndaşa məlumat verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
115
43
nocomment.az

10Mənbələr