AZ

Yordi Kroyf “Ayaks”ın idman direktoru təyin olunacaq

Yordi Kroyf yaxın günlərdə “Ayaks” klubunun idman direktoru vəzifəsinə təyin olunacaq.

90deqiqe.Az xəbər verir ki, Amsterdam klubu 51 yaşlı mütəxəssislə şifahi razılaşmaya gəlib, müqavilənin rəsmi təsdiqi isə son mərhələdədir.

Gözlənilir ki, Kroyf vəzifəsinə 2026-cı ilin fevralında başlayacaq. Müqavilə 30 iyun 2028-ci il tarixinə qədər nəzərdə tutulub və klubun uzunmüddətli idman strategiyasını formalaşdırmasına imkan yaradacaq.

Son illərdə Yordi Kroyf İndoneziyada məsləhətçi kimi fəaliyyət göstərib. O, daha əvvəl **“Barselona”**da idman direktoru vəzifəsində çalışaraq komandanın heyətinin formalaşdırılması və kluba idman baxımından inkişaf istiqamətlərinə rəhbərlik edib.

Seçilən
19
90deqiqe.az

1Mənbələr