AZ

Mirzoyan TRIPP layihəsinin başlama tarixini açıqladı

"Ermənistan Amerika tərəfi ilə intensiv işləyir və tikinti işlərinə 2026-cı ilin ikinci yarısında başlamaq planlaşdırılır".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin İctimai Televiziyasında bildirib.

Onun sözlərinə görə, ilk sənədin yaxın həftələrdə imzalanması gözlənilir. Erməni nazir həmçinin qeyd edib ki, gələn il beynəlxalq tərəfdaşların Ermənistana səfərləri ilə dolu olacaq.

Müxalifətin Rusiya və İranın sözdə "Tramp marşrutu"na qarşı çıxması ilə bağlı iddialarına münasibət bildirən Mirzoyan bu iddiaları yalan adlandırıb.

"Bu insanlara qulaq asmayın; bu, yalandır. İranlı həmkarlarımdan eşitdiklərimə görə, infrastrukturun açılması onlarda suallar doğurub. Onlar soruşdular, biz cavablar verdik və indi həm biz, həm də İran bu prosesdə imkanlar görürük", - deyə Mirzoyan bildirib.

Seçilən
71
1
unikal.az

2Mənbələr