AZ

"DİM fənlərin sayını azaltmalı və sualların çətinliyini asanlaşdırmalıdır"

"Son çıxışım ilə bağlı ictimaiyyət tərəfindən bir çox mesaj, zəng və çoxlu rəy alıram".

Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Ramin Nurəliyev özünün feysbuk hesabında yazıb. 

"Bəziləri haqlı iradlarıma görə təşəkkür edir, bəziləri də DİM və Məleykə xanımı (Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə - red.) dəstəkləyən fikir ifadə edir. Əzizlərim bilin və agah olun. Mən DİM düşməni deyiləm, Məleykə xanıma da qətiyyən hörmətsizlik etməmişəm. Əksinə yanımda DİM-in şəffaflığına kölgə gətirənlərə də ürək sözlərimi deyirəm. Hamımız bilirik ki, DİM ölkədə şəffaf xidmət göstərən qurum kimi tanınır. Məleykə xanımın da bu istiqamətdə xidmətini itirmək olmaz. Amma bu da o demək deyil ki, obyektiv fikrimizi bildirməməliyik. Bizim işimiz yaxşını tərifləmək, problemi də tənqid etmək və yol göstərməkdir. Lüğətimizdə təhqir qəti olmamalıdır. Amma tənqidə də açıq olmalıyıq. 
Məleykə xanımın son çıxışındakı ifadələr:
1. Təhsil ekspertləri biznesmendir. 
Cavabım - ən böyük biznesmen DİM bunker və ekspertləridir.
2. Soyuducunu açdıqda təhsil eksperti fikir bildirir. 
Cavabım - dövlət qurumunun rəhbəri bu cür ifadələrə yer verməməlidir.
3. Repetitorsuz universitetə qəbul olmaq mümkündür.
Cavabım - abituriyenti repetitorlara istiqamətləndirən səbəblərdən biri də DİM-dir.
DİM fənlərin sayını azaltmalı və sualların çətinliyini asanlaşdırmalıdır", - deyə o yekunlaşdırıb. 

T.İSMAYIL

Seçilən
50
1
redaktor.az

2Mənbələr