AZ

Axios: Vens 2028-ci il prezident seçkilərinə hazırlaşmağa başlayıb...

Vitse-prezident Respublikaçıların Konqres seçkilərində uğuru üçün beşmərhələli plan hazırlayıb...

Poliqon xəbər verir ki, Axios nəşri ABŞ vitse-prezidenti Cey Di Vensin yaxın ətrafı və onun baxışları ilə tanış olan mənbələrlə söhbətlərə əsaslanaraq, siyasətçinin 2028-ci il prezident seçkilərinə hazırlıq strategiyasını açıqlayıb. Məlumata görə, Vens qarşıdakı dövrdə ABŞ prezidenti Donald Trampın və iri donorların dəstəyini qazanmağı, Respublikaçılara Konqres seçkilərində kömək etməyi, eyni zamanda MAGA hərəkatından müəyyən məsafə saxlamağı və öz tərəfdarlarına arxalanmağı planlaşdırır.

Nəşr yazır ki, Cey Di Vens dövlət başçısı seçkilərinə hazırlığı rəsmi olaraq 2026-cı ilin noyabrında keçiriləcək aralıq Konqres seçkilərindən əvvəl başlamaq niyyətindədir. Onun kampaniyasının ilk addımı Respublikaçıları bu seçkilərdə uğura aparmağı hədəfləyən beşmərhələli plan olacaq. Axiosun qeyd etdiyi kimi, bu strategiya Vensin həm partiya daxilində mövqelərini möhkəmləndirməyə, həm də gələcək prezidentlik yarışına zəmin yaratmağa xidmət edir.

Planın əsas elementlərindən biri “nüfuzlu şəxslər ordusu”na arxalanmaqdır. Axios xəbərdarlıq edir ki, Vens yaxın zamanda potensial respublikaçı rəqiblərindən tənqidlərlə üzləşə bilər. Lakin vitse-prezidentə yaxın mənbələrin sözlərinə görə, bu tənqidlərə birbaşa cavab vermək onun nüfuzuna zərər vura bilər. Buna görə də Vens açıq polemikadan yayınaraq, uzun müddətdir onu dəstəkləyən mühafizəkar çevrələrə söykənmək niyyətindədir.

Bu dəstəkçilər sırasında ABŞ prezidentinin oğlu Donald Tramp-cunior və ultrasağçı siyasi fəal Cek Posobek də var. Axios qeyd edir ki, bu fiqurların bir çoxu vaxtilə Trampın Vensi öz siyasi varisi kimi elan etməsinin tərəfdarı olub. Nəşrin qənaətinə görə, vitse-prezidentin bu strategiyası Respublikaçı elektorat daxilində güc balansını onun xeyrinə dəyişə bilər və 2028-ci il seçkilərinə gedən yolda mühüm rol oynaya bilər.

Poliqon.info

Seçilən
31
poliqon.info

1Mənbələr