AZ

Netanyahu ABŞ-də səfərdədir: Tramp ilə görüş Mar-a-Laqoda keçiriləcək...

İsrailin baş naziri ABŞ prezidenti ilə sabah Florida ştatına gələrək danışıqlara hazırlaşır...

Poliqon xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-nin Florida ştatında yerləşən Palm-Biç beynəlxalq hava limanına eniş edib. İsrailin baş naziri sabah ABŞ prezidenti Donald Trampla Mar-a-Laqo iqamətgahında görüşəcək.

Məlumata görə, görüş zamanı Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti, İsrail–Fələstin qarşıdurması, regional geosiyasi proseslər, eləcə də ABŞ–İsrail strateji tərəfdaşlığının gələcək istiqamətləri müzakirə olunacaq. Tərəflərin həmçinin İranla bağlı siyasət, Qəzza zolağındakı vəziyyət və regional sabitlik məsələlərinə toxunacağı gözlənilir.

Ekspertlərin fikrincə, Netanyahunun ABŞ-yə bu səfəri iki ölkə arasında siyasi və hərbi əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Görüşün nəticələrinin regiondakı proseslərə və beynəlxalq gündəliyə təsir göstərə biləcəyi vurğulanır.

Poliqon.info

Seçilən
45
50
poliqon.info

10Mənbələr