AZ

Lukaşenko xokkey oyunu zamanı xəsarət alıb

Belarus prezidenti Minskdə keçirilən matçda yıxılıb, bel əzələlərində dartılma qeydə alınıb...

Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə yerləşən “Olimpik-Arena”da keçirilən xokkey oyunu zamanı yıxılaraq xəsarət alıb.

Poliqon xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb. Bildirilir ki, dövlət başçısında bel əzələlərinin dartılması aşkarlanıb.

Aleksandr Lukaşenko vəziyyəti ilə bağlı açıqlamasında özünü yaxşı hiss etdiyini bildirib.

“Adi iş vəziyyətidir: özünküləri vur ki, özgələr qorxsun. Hər şey qaydasındadır. Növbəti oyuna hazırlaşıram”, deyə Belarus lideri RT-yə bildirib.

Məlumata görə, Belarus prezidentinin komandası Brest vilayətinin xokkeyçiləri ilə qarşılaşıb. Oyun zamanı Aleksandr Lukaşenko komanda yoldaşı, arxaya doğru hərəkət edən Yaroslav Çupris ilə toqquşub və bundan sonra yıxılıb. Görüş 5:5 hesablı heç-heçə ilə başa çatıb.

Rəsmi mənbələr Lukaşenkonun sağlamlıq vəziyyətinin ciddi narahatlıq doğurmadığını, onun aktiv fəaliyyətini davam etdirdiyini bildirirlər.

Poliqon.info

Seçilən
104
poliqon.info

1Mənbələr