AZ

Ağdamda baş verən yol qəzasında ər və arvad xəsarət alıb

QARABAĞ, 29 dekabr. TELEQRAF

Ağdamda baş verən yol qəzasında ər və arvad xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Bənövşələr qəsəbəsi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Toyota” markalı avtomobil “VAZ-2107” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü və onun sərnişini olan həyat yoldaşı müxtəlif dərəcəli xəsarətlər alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
25
teleqraf.com

1Mənbələr