AZ

Meloni Ukrayna və Qərbin maraqlarına hörmət edilməsinin vacibliyinə diqqət çəkib

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Rusiya-Ukrayna müharibəsinə sülh yolu ilə son qoyulmasında Kiyevin və onun avropalı tərəfdaşlarının maraqlarına hörmət edilməsinin vacibliyini vurğulayıb.

"Report" xəbər verir ki, bu barədə İtaliya hökumətinin başçısı ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenskinin Avropa liderləri ilə telefon danışığından sonra verdiyi açıqlamada bildirib.

"Prezidentlər Tramp və Zelenski davam edən danışıqlarda əldə olunan nəticələri, xüsusən də təhlükəsizlik təminatları ilə bağlı açıqlayıblar və açıq qalan məsələləri qeyd ediblər. Meloni danışıqlar prosesində irəliləyişin əldə olunduğu bir vaxtda birliyin vacibliyini bir daha vurğulayıb", - deyə məlumatda bildirilib

Qeyd edək ki, Tramp və Zelenski Floridada görüşdən sonra Avropa liderləri ilə telefon konfransı keçiriblər.

Seçilən
73
1
far.az

2Mənbələr