AZ

Nərimanovda yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub

Nərimanov rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Doğru.az xəbər verir ki, qəza səbəbindən “Koroğlu” metro stansiyası istiqamətində nəqliyyat sıxlığı müşahidə olunur.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, hazırda polis əməkdaşları sıxlığın aradan qaldırılması üçün tədbirlər həyata keçirir.

DOĞRU.AZ

Seçilən
60
9
dogru.az

10Mənbələr