Bakı. Trend:
Ekvador hökuməti yaxın 10 il ərzində ölkənin ilk nüvə reaktorunuistismara verməyi hədəfləyib.
Trend xəbər verirki, bu barədə ölkənin Ətraf Mühit və Energetika Nazirliyi məlumatyayıb.
Nazirlik bildirib ki, Ekvadorda ölkənin nüvə proqramının icrasıilə məşğul olacaq xüsusi orqan yaradılacaq.
“Bu orqan nüvə proqramına cəlb olunmuş bütün dövlətstrukturlarının qarşılıqlı fəaliyyət göstərəcəyi qurumlararasıkoordinasiya platformasına çevriləcək. Ekvadorun ilk nüvə reaktoruolan RNE1-in təxminən yaxın on il ərzində istismara verilməsinədəkprosesə texniki rəhbərliyi öz üzərinə götürəcək”, – deyə məlumatdaqeyd olunub.