AZ

Zelenskinin 20 maddəlik sülh planının məzmunu AÇIQLANDI

Ukrayna Prezidenti Volodimir Zelenskinin hazırda ABŞ Prezidenti Donald Tramp ilə müzakirə etdiyi sülh planına respublikanın Avropa İttifaqına (Aİ) daxil olma tarixi ilə bağlı dəqiq vaxtın müəyyən edilməsi, həmçinin Ukrayna və Rusiya qoşunlarının çıxarılması daxildir.

Publika.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Bildirilib ki, təşəbbüs çərçivəsində Ukraynaya NATO Nizamnaməsinin 5-ci maddəsinə uyğun təhlükəsizlik zəmanətləri verilməsi də nəzərdə tutulur. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrin (USQ) sayını 800 min hərbiçi səviyyəsində saxlamaq istəyir.

Jurnalistlərin qeyd etdiyinə görə, plana əsasən, Ukrayna ərazi məsələsi çərçivəsində Donetskdə döyüş əməliyyatlarını mövcud təmas xəttində dondurmaq niyyətindədir. Bu zaman Ukrayna və Rusiya qoşunları çıxarılacaq, həmin ərazidə isə beynəlxalq qüvvələrin nəzarəti altında demilitarizasiya olunmuş bufer zona yaradılacaq.

Seçilən
27
publika.az

1Mənbələr