AZ

Çində “Yebatan” su elektrik stansiyasının birinci mərhələsi elektrik istehsalına başlayıb

Bakı. Trend:

Çində “Yebatan” su elektrik stansiyasının birinci mərhələsirəsmi olaraq elektrik enerjisi istehsalına başlayıb.

Trend xəbər verirki, bu obyekt ölkədə tağşəkilli bəndə malik olan və inşa edilmiş ənyüksək dağlıq su elektrik stansiyasıdır.

Stansiyanın ümumi quraşdırılmış gücü 2,24 milyon kilovat olacaq.Hazırda isə ümumi gücü 1,02 milyon kilovat təşkil edən ilk ikiturbin istismara verilib. Su elektrik stansiyasının bəndininhündürlüyü 217 metrə çatır.

Qeyd olunur ki, tikinti işləri dəniz səviyyəsindən yüksəkdə,soyuq iqlim və dağlıq ərazidə olmaqla son dərəcə çətin şəraitdəaparılıb. Buna baxmayaraq, mühəndislər cəmi bir ay ərzində ikiturbinin işə salınmasına nail olublar.

Seçilən
34
az.trend.az

1Mənbələr