AZ

Maks Ferstappen yeni yarış mühəndisinin adını açıqladı

“Red Bull” komandasının pilotu, dördqat dünya çempionu Maks Ferstappen komandanın yarış mühəndisi Canpyero Lambyazenin gedişi halında Saymon Renni ilə işləyəcək.

İdman.Biz xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Mənbənin yazdığına görə, hazırda Lambyazeyə “Aston Martin” və “Williams” komandaları maraq göstərir.

Qeyd olunur ki, Saymon Renni artıq ötən mövsümdə Lambyazenin olmadığı iki mərhələdə Ferstappenlə birlikdə çalışıb.

Canpyero Lambyaze 2016-cı ildən bəri Ferstappenin əsas mühəndislərindən biridir və birlikdə dörd dünya çempionluğu qazanıblar. Onun mümkün gedişi “Red Bull” üçün ciddi itki hesab olunur.

Məlumata görə, Lambyazenin gələcəyi ilə bağlı yekun qərar 2026-cı ilin əvvəlində veriləcək.

İdman.Biz
Seçilən
76
1
idman.biz

2Mənbələr