AZ

Floridada Trampla Zelenski arasında görüş kecirilib

ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında Florida ştatında görüş kecirilib.

Mar-a-Laqo iqamətgahında təşkil olunan və 3 saatdan çox davam edən görüşdən sonra tərəflər birgə bəyanatla çıxış ediblər.

Görüşdə Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq məqsədi daşıyan 20 maddəlik sülh planı əsas müzakirə mövzusu olub. Bildirilir ki, görüşdən sonra tərəflərin Avropa liderləri ilə telefon danışıqları aparması da nəzərdə tutulub.

Qeyd edək ki, görüşdən əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Bu səfər Ukrayna Prezidenti Volodimir Zelenskinin Donald Trampla görüşmək üçün ABŞ-a etdiyi beşinci səfərdir.

Seçilən
28
azerbaijan-news.az

1Mənbələr