"TopSpeed" portalı 10 ən təhlükəsiz ailə krossoverinin daxil olduğu reytinq tərtib edib. Siyahıya 2025-ci il buraxılışlı Mazda CX-30 liderlik edib.
ABŞ-ın Milli Avtomobil Yollarında Təhlükəsizlik Administrasiyası (NHTSA) bu yapon krossoverinin təhlükəsizlik səviyyəsini mümkün olan 5 baldan 5 bal ilə qiymətləndirib. Beşulduzlu təhlükəsizlik reytinqi alan daha iki Mazda krossoveri isə 2026 model ili Mazda CX-50 və Mazda CX-90 olub.
Ən təhlükəsiz ailə krossoverlərinin ilk onluğuna, həmçinin 2025-ci il Volvo XC90, 2026-cı il Genesis GV60, 2026-cı il Mazda CX-90, 2025-ci il Genesis GV80, 2025-ci il Kia Telluride, 2026-cı il Honda CR-V, 2025-ci il Hyundai Ioniq 5 və 2025-ci il Hyundai Palisade modelləri daxil edilib.