AZ

Nağıl kimi görünür: Laçından möhtəşəm görüntülər - VİDEO

Laçına yağan qar bu dəfə təkcə qışın gəlişini yox, həm də tamam başqa bir ovqatı özü ilə gətirib. Ağ örpəyə bürünən dağlar, yollar və evlər dron vasitəsilə çəkilən möhtəşəm görüntülərdə sanki nağıl səhnələrini xatırladır. Qış mövsümündə Laçına qar yağması adi hal sayılsa da, bu dəfə ortaya çıxan mənzərələr fərqli bir ruh, xüsusi bir gözəllik daşıyır. Xüsusilə Yeni il bayramı ərəfəsində bu görüntülər bölgədə əsl bayram ab-havası yaradıb.

Ölkə.Az bildirir ki, azad olunmasından sonra Laçının belə saf, sakit və eyni zamanda qürurverici mənzərələrlə gündəmə gəlməsi görüntülərə əlavə məna qatır. Sosial şəbəkələrdə sürətlə yayılan kadrlar izləyənlərdə həm heyranlıq, həm də duyğusal təsir yaradıb. Qarın səssizliyi, dağların əzəməti və azad Laçının qış gözəlliyi bir araya gələrək unudulmaz bir mənzərə ortaya çıxarıb.

Ölkə.Az

Seçilən
41
1
olke.az

2Mənbələr