AZ

Tramp: Sülhlə bağlı böyük irəliləyiş əldə edilib

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində böyük irəliləyiş əldə olunduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, Mar-a-Laqoda Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşün çox məhsuldar keçdiyini və sülh planının 95 faizinin razılaşdırıldığını vurğulayıb.

Tramp danışıqların detalları üzərində çalışmaq üçün xüsusi işçi qrupun yaradıldığını və prosesin bir neçə həftə ərzində yekunlaşa biləcəyini qeyd edib.

ABŞ lideri həmçinin Rusiya Prezidenti Vladimir Putinlə 2,5 saatlıq telefon danışığı apardıqlarını və Putinin sülhə maraqlı olduğunu söyləyib.

Tramp Avropa ölkələrinin Ukraynaya təhlükəsizlik zəmanətlərinin təmin edilməsində əsas rol oynayacağını da diqqətə çatdırıb.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
50
bakivaxti.az

10Mənbələr