AZ

Toni Kroos vaxtilə bir yerdə oynadığı ən yaxşı futbolçunun adını açıqladı

ain.az bildirir, sport24.az portalına istinadən.

"Real"ın keçmiş yarımmüdafiəçisi Toni Kroos portuqaliyalı hücumçu Kriştiano Ronaldonu karyerası ərzində birlikdə oynadığı ən yaxşı oyunçu adlandırıb. Sport24.az xəbər verir ki, alman futbolçu bu barədə "AS" nəşrinə açıqlama verib:

"Karyeram ərzində bir yerdə oynadığım futbolçular arasında ən yaxşı oyunçu Kriştiano Ronaldo olub".

Qeyd edək ki, Kroos 2014-cü ildən 2024-cü ilə qədər Madrid klubunun formasını geyinib. Bu müddət ərzində alman yarımmüdafiəçi 5 dəfə İspaniya çempionluğunu bayram etməklə yanaşı, eyni sayda Çempionlar Liqası və Klublararası dünya kubokunu qazanıb. O, "real"ın heyətində bütün turnirlərdə 465 oyun keçirib, 28 qol vurub və 99 məhsuldar ötürmə edib.

Ronaldo isə 2009-cu ildən 2018-ci ilə qədər "Kral klubu"nda oynayıb. Portuqaliyalı hücumçu hazırda "Əl-Nəsr"in uğurları üçün çalışır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
sport24.az

1Mənbələr