AZ

Mask: “Brüsseldə uşaqların hər dörddən üçü qeyri avropa mənşəlidir”

ain.az, Bizim media saytına istinadən bildirir.

“Brüsseldə uşaqların demək olar ki, hər dörddən üçü artıq qeyri-avropa mənşəlidir.”Bizim.Media xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask X-də yazıb.O bildirib ki, Avropa şəhərlərində “böyük əvəzlənmə” artıq baş verib və o, Avropa İttifaqının paytaxtı Brüsseldə uşaqların 73 faizinin qeyri-avropa mənşəli olduğunu göstərən statistikaya diqqət çəkib.

 

Belçikanın milli statistika idarəsi StatBel-in rəsmi məlumatlarına görə, 1 yanvar 2025-ci il tarixinə Brüsseldə 0–17 yaşlı uşaqların 72,9 faizi Aİ-yə daxil olmayan miqrasiya mənşəyinə malikdir, yalnız 10,6 faizi isə tamamilə belçikalı mənşəlidir.

Bu göstəricilər şəhərin ümumi əhalisi ilə müqayisədə kəskin nəsil fərqini ortaya qoyur: Brüsselin ümumi əhalisinin 37,5 faizi qeyri-avropalıdır.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
1
bizim.media

2Mənbələr