AZ

Məşhur aktrisa vəfat edib Əsrin əfsanəsini itirməkdən çox kədərliyik

ain.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məşhur fransız aktrisası Brigitte Bardot 91 yaşında vəfat edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə onun təsis etdiyi Brigitte Bardot Fondu açıqlama yayıb.

Açıqlamada Bardotun ölüm səbəbi və vaxtı barədə təfərrüata yer verilməyib.

Fransa prezidenti Emmanuel Makron aktrisanın vəfatı barədə başsağlığı verib. O, Bardonun yaradacılıq və şəxsi nümunəsi haqda danışaraq bildirib ki, o, azad bir həyatın simvolu olub: "Əsrin əfsanəsini itirməkdən çox kədərliyik"

Xatırladaq ki, Bardo 1950-60-cı illərdə kino dünyasının ən məşhur simalarından biri idi. O, 1956-cı ildə "Və Tanrı Qadını Yaratdı" filmi ilə məşhurlaşıb.

Ləman

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
50
mia.az

10Mənbələr