AZ

Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə

Bu gün Bakının bir çox ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
 

Qeyd olunub ki, bu gün saat 10:00-dan etibarən Səbail rayonu üzrə Badamdar şosesinin, 3-cü yaşayış massivinin, Şərq, T. Məmmadov S. Məmmədov, Ə. Nəzərov, N. Paşayev, C.Hasilov, Lomonosov, Çerniyakov, Dağlıq, G. Əliyev və A. İsmayılov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Bundan başqa, Nəsimi, Yasamal rayonları üzrə isə M. Əliyev, İ. Səfərli, T. Xəlilbəyli, M. İbrahimov, D. Əliyeva, Vidadi, Ə. Quliyev, H. Aslanov küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bizim.Media

Seçilən
50
21
bizim.media

10Mənbələr