Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
2025-ci ildə müxtəlif tikililər baxımından dünyanın beş böyük meqapolisinin reytinqi açıqlanıb. Bildirilir ki, əsasən, BMT tərəfindən təqdim edilən proqnozlara görə, 2050-ci ilə qədər dünya əhalisinin 68 faizi şəhərlərdə yaşayacaq. Qeyd olunur ki, "böyük köç" prosesi artıq sürətlə davam etdiyindən, böyük şəhərlərin siması da köklü şəkildə dəyişir.
Reyting.az xarici KİV-lərə istinadla bildirir ki, peyk görüntülərinə və siyahıyaalma məlumatlarına əsasən, dünyanın ən böyük meqapolisi Çindəki Quançjou şəhəridir. Son 50 ildə bu şəhərin əhalisi təxminən 20 dəfə artıb. Statistikaya görə, 1975-dən sonra sürətlə artan əhalinin sayı bu şəhərdə 40,9 milyon nəfərə çatıb.
Quançjou şəhərində əhalinin sürətlə artmasında ən əsas amil yeni iş yerlərinin açılmasıdır. 1990-cı illərdən ticarət və sənayenin sürətli inkişafı səbəbindən Quançjouya çox böyük miqrasiya olub.
İndoneziyanın paytaxtı Cakarta da çox sürətlə genişlənir. Son yarım əsr ərzində bu şəhərin əhalisi 29 milyon artmaqla, 38,1 milyona çatıb.
Hindistanın paytaxt şəhəri Yeni Dehlidə isə əhali artımı 398 faizdir. Ekspertlərin fikrincə, 2030-cu ilə qədər bu şəhər daha 2 milyon sakin qəbul edəcək və bununla Yeni Dehli əhalisinin sayı 33,3 milyon nəfərə qədər artacaq.
Sürətli əhali artımı digər şəhərlərdə də qeydə alınır.

Oqtay QORÇU
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.