AZ

Yumurtaların müntəzəm qəbulu qan şəkərinin səviyyəsinə necə təsir edir?

Yumurtalar balanslaşdırılmış qidalanmanın dəyərli tərkib hissəsi sayılır. Çünki onlar çoxlu qida maddələri ehtiva edir, eyni zamanda şəkər və karbohidrat miqdarı azdır. Yumurtalar qan şəkərində kəskin sıçrayışlara səbəb olmur və diabetli insanların qida rasionuna da daxil edilə bilər. 

Moderator.az xəbər verir ki, yumurtalarda karbohidratların miqdarı çox aşağıdır, onların makroelement tərkibinin əsas hissəsini zülallar və yağlar təşkil edir. Yumurta qəbulundan sonra qan şəkərinin səviyyəsində kəskin artım baş vermir. Bu isə sonradan enerji azalmasına səbəb ola biləcək dalğalanmaların qarşısını alır. Yumurtanın sarısında C vitamini istisna olmaqla demək olar ki, bütün vitaminlər mövcuddur.

MDPI-nin məlumatına görə, gündə iki yumurta yemək vitaminlərə olan gündəlik tələbatın təxminən 10-30 faizini ödəyə bilər. Bundan əlavə, yumurtalarda omeqa-3 yağ turşuları da mövcuddur. İnsanın qəbul etdiyi bütün qida və içkilər sonda qlükozaya çevrilir və orqanizm üçün əsas enerji mənbəyi kimi istifadə olunur. Lakin daha çox qlükoza qəbulu hər zaman daha çox enerji demək deyil. Sadə karbohidratlar və şəkərlə zəngin olmayan məhsullar yeməkdən sonra qan şəkərinin səviyyəsində kəskin artıma səbəb olmur. Yumurtalar məhz bu kateqoriyaya aiddir və orqanizmi uzun müddət sabit enerji ilə təmin edə bilir. Məsələn, makaron və şirniyyatlar kimi karbohidrat və şəkər tərkibi yüksək olan məhsullar qanda qlükozanın sürətlə yüksəlməsinə səbəb olur. Lakin bu artım tezliklə enir və enerji itkisi ilə nəticələnir. Qida rasionuna nə qədər yumurta əlavə etməyin məqsədəuyğun olması ilə bağlı tədqiqat nəticələri birmənalı deyil. Bununla belə, araşdırmaların əksəriyyəti yumurtaların qidalanma üçün yaxşı seçim olduğu qənaətinə gəlir.

 

(Lent.az)

Seçilən
38
1
moderator.az

2Mənbələr