AZ

Türkiyədə İŞİD üzvləri əməliyyatçılarla atışmaya girdi 7 polis yaralanıb, ərazi blokada ya alınıb

ain.az bildirir, Mia.az saytına əsaslanaraq.

Türkiyədə İŞİD üzvləri polis əməliyyatçıları ilə atışıblar.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Yalova şəhərində baş verib.

Məlumata görə, Yalova şəhər mərkəzinə yaxın, Elmalık kəndinə gedən yolda yerləşən bir evdə terror təşkilatı İŞİD-ə qarşı səhərə yaxın əməliyyat başlayıb. Bu zaman İŞİD--çilər polis əməkdaşlarına silahlı müqavimət göstəriblər: "Atışmada yeddi polis əməkdaşı yaralanıb. Əraziyə əlavə qüvvə yeridilib. Əməliyyat davam edir".

Xəbərdə deyilir ki, silahlı insidentlə bağlı ərazidəki beş məktəbdə dərslər dayandırılıb: "Hazırda münaqişə zonasında qaz və elektrik enerjisi kəsilib, mülki şəxslərin və nəqliyyat vasitələrinin girişi qadağan olunub"

Firudin Səfərli

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
mia.az

1Mənbələr