AZ

Qırğızıstanın sabiq prezidenti bütün dövlət mükafatlarından məhrum edildi

Bakı. Trend:

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev bütün dövlətmükafatlarından məhrum edilib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə müvafiq fərman ölkənin hazırkıdövlət başçısı Sadır Japarov tərəfindən imzalanıb.

Qırğızıstan Prezidentinin Mətbuat xidmətinin məlumatına görə,sabiq dövlət başçısı “Qırğızıstan Qəhrəmanı” ali fəxri adı, IIdərəcəli “Manas” ordeni, “Danaker” ordeni və “Dank” medalındanməhrum ediləcək. Mətbuat xidmətinin qeyd etdiyi kimi, orden vəmedallar bundan sonra respublikanın dövlət təltifləri fondunatəhvil veriləcək.

Baş Prokurorluq yanında Məhkəmə İcraçıları Xidmətinə dövləttəltiflərinin Atambayevdən müsadirə olunması və onların sonradandövlət təltifləri fonduna verilməsi üçün müvafiq tədbirləringörülməsi tapşırılıb.

Qeyd edək ki, Almazbek Atambayev 2011–2017-ci illərdəQırğızıstanın prezidenti olub və bundan sonra ölkənin siyasihəyatında rəsmi olaraq fəal iştirak etməyib. İyunun 3-də BişkekinPervomayski rayon məhkəməsi onu 2019-cu ildə Koy-Taş kəndində başverən hadisələrlə bağlı iş üzrə 11,5 il müddətinə azadlıqdan məhrumedib.

Seçilən
73
2
az.trend.az

3Mənbələr