Türkiyənin Yalova vilayətində İŞİD terror təşkilatına qarşı xüsusi əməliyyat həyata keçirilib.
Far.Az-in məlumatına görə, bu barədə "TRT Haber" xəbər yayıb.
Əməliyyat zamanı qarşıdurma yaşanıb və nəticədə 7 polis əməkdaşı xəsarət alıb.
Yaralanan hüquq-mühafizə orqanı əməkdaşları dərhal tibb müəssisəsinə çatdırılıb. Həkimlərin verdiyi məlumata əsasən, onların vəziyyəti qənaətbəxşdir və həyati təhlükə yoxdur.