AZ

Rusiya Ukraynanın yenidən qurulmasında iştirak etməyə hazırdır - TRAMP

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündən sonra mətbuat konfransı keçirib.

Bu barədə məlumatı Ağ Evin Mətbuat Xidməti yayıb.

Tramp öz növbəsində Rusiyanın Ukraynanın yenidən qurulmasında iştirak etməyə hazır olduğunu bildirib.

"Rusiya Ukraynanın çiçəklənməsini istəyir. O, Ukraynanın yenidən qurulmasında iştirak etməyə hazırdır", - Tramp deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Zaparojye Atom Elektrik Stansiyası (AES) məsələsinə toxunub. Tramp qeyd edib ki, Rusiya AES-in Ukrayna üçün də əlçatan olmasını görmək istəyir.

"Putin mənə dedi ki, Zelenski ilə birgə görüşün baş tutmasını istərdi. Yeri gələndə belə bir görüş olacaq", - Tramp əlavə edib.

O, həmçinin bildirib ki, hər şey yaxşı olarsa, razılaşmanın qalan kiçik hissəsinin həlli bir neçə həftə çəkəcək.

Seçilən
31
50
herbiand.az

10Mənbələr