ain.az bildirir, Reyting.az portalına istinadən.
Alimlər ilk dəfə çox uzaq məsafədə baş verən fövqəlnova partlayışını müşahidə ediblər. Hadisə erkən kainatda, ulduzun təxminən 730 milyon ilə yaxın yaşı olan vaxt yaranan "GRB 250314A" qamma-şüa partlayışı ilə əlaqələndirilir.
Reyting.az-ın məlumatına görə, müşahidələr SVOM rəsədxanasının "ESO” böyük teleskopu və "James Webb" kosmik teleskopunun nəhəng "NIRCam" kamerası ilə qeydə alınıb.
Tədqiqatçılar müəyyən ediblər ki, bu uzaq ulduz öz xüsusiyyətlərinə görə, daha çox müasir analoqlara bənzəyir.
Elm adamları bildiriblər ki, bu tapıntı ilk ulduzların fərqli şəkildə məhv olması fikrini şübhə altına alır.
Alimlər yaxın illərdə əlavə müşahidələr aparmağı planlaşdırırlar.
Oqtay QORÇU
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.