AZ

QHT gənclərin intellektual və vətənpərvər inkişafına töhfə verdi - AÇIQLAMA

"2025-ci ili Azərbaycan vətəndaş cəmiyyəti üçün çox uğurlu hesab edirəm. Xüsusən də beynəlxalq əməkdaşlıq baxımından strateji, koordinasiya və institusional möhkəmlənmə ili kimi qiymətləndirirəm. Bu il qeyri-hökumət təşkilatlarının fəaliyyətində yalnız lokal təşəbbüslərlə kifayətlənməyən, regional və beynəlxalq miqyasda ortaq platformalar formalaşdıran yeni mərhələnin əsasını qoydu".

Bunu "Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov QHT.az-a bildirib. Onun sözlərinə görə, Azərbaycanın təşəbbüsünü ilə Qlobal Cənub QHT Platformasının yaradılması, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Həmrəylik Forumunun keçirilməsi, forum çərçivəsində "Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü”, “WUF13-ə doğru – Türk dünyasında ilk” adlı panel müzakirələrin təşkili, Azərbaycan–Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu”nun keçirilməsi, Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin QHT-lərinin Platformasının təsis edilməsi ölkəmizin vətəndaş cəmiyyətinin institusional inkişafında yeni səhifə açacaq:

"Bütün bu qeyd olunan və digər başqa əhəmiyyətli tədbirlər  Azərbaycanda vətəndaş cəmiyyətinin artıq müşahidəçi deyil, proseslərin aktiv iştirakçısı və təşəbbüskarı olduğunu göstərir. 2025-ci ildə atılan addımlar gələcək illərdə həm də türk dünyasında QHT-lərin vahid mövqedən çıxış etməsi üçün möhkəm zəmin yaradır. Rəhbəri olduğum "Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi də 2025-ci ili uğurlu notlarla başa vurur".

QHT sədri həmçinin bildirib ki, gənclərin intellektual bacarıqlarının inkişaf etdirilməsi, gənclər arasında vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində təşkilat müxtəlif qurumlarla, o cümlədən, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu ilə birgə müxtəlif layihələr icra edib.

Seçilən
5
50
qht.az

10Mənbələr