AZ

Azərbaycanlı rəssam “Hollywood”da öz əsərlərindən ibarət muzey açılıb

Vaşinqton, 29 dekabr, AZƏRTAC

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərindəki “Hollywood” bölgəsində azərbaycanlı rəssam Nazim Hajıyevin əsərlərindən ibarət daimi vernisaj (muzey) açılıb.

AZƏRTAC-a məlumat verən rəssam bildirib ki, muzey dekabrın 21-dən fəaliyyətə başlayıb.

Muzeyin açılışı mərasimində “Hollywood” administrasiyasının təmsilçiləri, yerli ictimaiyyət nümayəndələri, o cümlədən prodüser Aleks Volman və Qərbi Hollivud Şəhər Şurasının üzvü Denni Hanq da iştirak ediblər.

Muzeydə rəssamın 1997-2022-ci illərdə çəkdiyi 50-dən çox tablo sərgilənir. Əsərlər Nazim Hajıyevin banisi olduğu ezoterikizm tərzində işlənib. Sərgilənən əsərlər arasında dünyanın ən kiçik yağlı boya tablosu da var.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
42
1
azertag.az

2Mənbələr