AZ

Naxçıvana yanacaq daşıyan yük avtomobili aşdı

Biləsuvarda yanacaq daşıyan avtomobil aşıb.

Bizim.Media xəbər verir ki, hadisə ötən gün köhnə Bakı-Astara magistralının rayona giriş hissəsində baş verib.
 

Belə ki, 1994-cü il təvəllüdlü Ruhin Baxşəlixanlının idarə etdiyi yanacaqla dolu yük avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.


Qəzada xəsarət alan sürücü rayon xəstəxanasına çatdırılıb. Ona zəruri tibbi yardım göstərilib, xəsarəti yüngül qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, yük avtomobilində Naxçıvan Muxtar Respublikasına yanacaq aparılırmış. (Qafqazinfo.az)

Bizim.Media

Seçilən
29
4
bizim.media

5Mənbələr