Arxeoloqlar çoxsaylı qədim şəhərlər aşkar ediblər, lakin qədim sivilizasiyaların bəzi əsas mərkəzləri bu günə qədər əlçatmaz olaraq qalır...
Bu qədim şəhər-paytaxtların mövcudluğu mətnlər və artefaktlarla təsdiqlənsə də, dəqiq yerləşdiyi yer hələ də müəyyən edilməyib.
Poliqon xəbər verir ki, Live Science jurnalı bu cür sirli altı şəhəri misal gətirib.
İrisagrig
Müasir İraq ərazisində təxminən dörd min il əvvəl mövcud olmuş Şumer şəhəri. Şəhər haqqında minlərlə gil lövhədə yer alan inzibati qeydlər sayəsində məlumat var. Mətnlərdən aydın olur ki, bu, məbədləri və sarayları olan iri bir mərkəz olub, lakin arxeoloji baxımdan şəhər indiyədək tapılmayıb.
İttaui
Firoun I Amenemhet tərəfindən salınmış XII sülalə dövrünə aid Qədim Misirin paytaxtı. Mənbələr şəhərin Misirin mərkəzi hissəsində, Lişt nekropollarının yaxınlığında yerləşdiyini göstərir, lakin arxeoloqlar hələlik şəhərin öz izlərinə rast gəlməyiblər.
Akkad
Bəşər tarixində ilk iri dövlətlərdən biri olan Akkad imperiyasının əfsanəvi paytaxtı. Akkadın Qədim Şərqin siyasətində və mədəniyyətində böyük rol oynamasına baxmayaraq, onun dəqiq yerləşdiyi yer bu gün də məlum deyil.
Əl-Yahudu
Eramızdan əvvəl VI əsrdə Yerusəlim dağıdıldıqdan sonra köçürülmüş yəhudilərin yaşadığı Babil imperiyası dövrünə aid yaşayış məntəqəsi. Şəhərin mövcudluğu onlarla mixi yazılı lövhə ilə təsdiqlənir, lakin arxeoloji baxımdan indiyədək lokallaşdırılmayıb.
Vaşşukanni
Bürünc dövrünün iri dövlətlərindən biri olan Mitanni çarlığının paytaxtı. Mənbələr şəhəri Şimali Mesopotamiyada, ehtimal ki, müasir Suriya ərazisində yerləşdirir, lakin ehtimal olunan yerlərdən heç biri hələlik qəti təsdiqini tapmayıb.
Tinis
Qədim Misirin erkən dövrünün ən mühüm şəhərlərindən biri olub və ölkənin birləşdirilməsi ilə əlaqələndirilir. Şəhər tez-tez Abidos bölgəsi ilə bağlanır; burada hökmdar məzarları tapılıb, lakin Tinis şəhərinin özü arxeoloqlardan gizli qalmaqda davam edir.
Poliqon.info