AZ

“Bu məhkəmə prosesi “müasir Nürnberq” xarakteri daşıyır” Ramiz Yunus

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Xəzər Universitetinin professoru, siyasi təhlilçi Ramiz Yunus rusiyalı oliqarx, erməni əsilli Ruben Vardanyan barədə çəkilmiş “Oliqarxın planı” filmi ilə bağlı diqqətçəkən paralellər aparıb. Onun fikrincə, Vardanyanın fəaliyyəti XX əsrin ən ağır cinayətlərindən sonra Nürnberq tribunalında mühakimə olunan şəxslərin, xüsusilə də “Hitlerin kassası” adlandırılan Albert Şpeerin taleyini xatırladır.

Ramiz Yunus qeyd edir ki, nasist Almaniyasında Adolf Hitlerin şəxsi memarı və hərbi sənaye naziri olmuş Albert Şpeer 1946-cı ildə Nürnberq Beynəlxalq Hərbi Tribunalı tərəfindən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə 20 il azadlıqdan məhrum edilib və bu cəzanı tam çəkib. Professorun fikrincə, bu presedent bu gün də beynəlxalq hüququn əsas dayaqlarından biri olaraq qalır.

Təhlilçi hesab edir ki, Ruban Vardanyan və ona Qərbdə havadarlıq edən dairələr tarixi dərsləri yetərincə mənimsəməyiblər. Onun sözlərinə görə, hazırda Bakıda erməni separatçılarına qarşı keçirilən məhkəmə prosesi “müasir Nürnberq” xarakteri daşıyır və Azərbaycan bu prosesi həm hüquqi, həm də mənəvi baxımdan peşəkar şəkildə apararaq Qərbin ikili standartlarını ifşa edir.

Ramiz Yunus vurğulayır ki, bir tərəfdən Qərb dairələri sözlə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edir, digər tərəfdən isə Azərbaycanın qazandığı tarixi Qələbə ilə barışmaq istəmirlər. O, eyni yanaşmanı Ukrayna məsələsində də görür: Ukraynaya dəstək bəyanatları fonunda Donbasdakı hadisələrin maliyyələşdirilməsində adı hallanan Ruben Vardanyan kimi fiqurlara qarşı yumşaq münasibət nümayiş etdirilir.

Professorun fikrincə, Qərbdən gələn siyasi və informasiya hücumları, eləcə də erməni separatçılarını müdafiə edən lobbiçilik fəaliyyətləri nəticəni dəyişməyəcək. 

“Azərbaycan xalqına qarşı törədilən cinayətlər cavabsız qalmayacaq”, – deyə Ramiz Yunus bildirir.

Sonda təhlilçi Roma filosofu Mark Tuli Siseronun məşhur fikrini xatırladır:“Cəzasızlıq cinayətin ən böyük təşviqidir.”

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
azpolitika.info

1Mənbələr