Bakı.Trend:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nəzdindəKibertəhlükəsizliyə Nəzarət və Monitorinq Mərkəzi fəaliyyətəbaşlayıb.
Trend xəbərverir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mərkəzin yaradılması səhiyyə sahəsindərəqəmsallaşma prosesinin təhlükəsizliyinin təmin edilməsi, habeləxüsusi əhəmiyyətli məlumat infrastrukturunun mühafizəsiistiqamətində dövlət siyasətinin həyata keçirilməsi baxımındanmühüm strateji addımdır.
SOC mərkəzi 24/7 fasiləsiz növbəli rejimdə fəaliyyət göstərərəktibbi informasiya sistemlərinin, pasiyent məlumatlarının vərəqəmsal səhiyyə xidmətlərinin kibertəhlükəsizliyinin təminedilməsində aparıcı rol oynayacaq. Proaktiv monitorinq,kiberhücumların və informasiya təhlükəsizliyi insidentlərinin erkənaşkarlanması və operativ şəkildə aradan qaldırılması mərkəzin əsasfəaliyyət istiqamətlərindəndir.
Mərkəzin əsas məqsəd və vəzifələrinə tibbi məlumatlarınkonfidensiallığının və bütövlüyünün qorunması, tibb müəssisələrininfəaliyyətinə mane olan kiberhücumların qarşısının alınması,nazirliyin tabeliyində olan informasiya sistemlərininmərkəzləşdirilmiş monitorinqi və insidentlərə operativ reaksiyamexanizmlərinin tətbiqi daxildir.
Səhiyyə sahəsində məlumat təhlükəsizliyinin təmin edilməsivətəndaşların etimadının və milli təhlükəsizliyin mühüm tərkibhissəsidir. SOC mərkəzinin fəaliyyəti çərçivəsində Data LossPrevention (DLP) və Identity & Access Management (IAM) kimi müasirtəhlükəsizlik həllərinin tətbiqi yekunlaşma mərhələsindədir vəmilyonlarla pasiyentin məlumatları ciddi nəzarətdə saxlanılır.
Rəqəmsal transformasiya müvafiq mühafizə tədbirləriningörülməsini zəruri edir və yeni SOC mərkəzi ölkənin səhiyyəsisteminin kiberdavamlılığının artırılması üçün vacib həlldir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi səhiyyə sahəsindərəqəmsallaşma və informasiya resurslarının mühafizəsi də daxilolmaqla dövlət siyasətini müəyyən edən və tənzimləyən icrahakimiyyəti orqanıdır.