"Ayntraxt" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Frankfurt təmsilçisi 22 yaşlı hücumçu Yunus Ebnutalibi transfer edib.

Onunla uzunmüddətli müqavilə imzalanıb.

Y. Ebnutalib Bundesliqa 2-nin hazırda bombardiridir. O, "Elversberq" forması ilə 17 oyunda 12 qol vurmağı bacarıb.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” oyunu yanvarın 21-də Bakıda keçiriləcək