Sea Breeze

Azərbaycan idmançılarının yollandıqları beynəlxalq yarışlardan tarixi nailiyyətə imza ataraq böyük qələbələrlə Vətənə dönmələri bu gün adi hal alıb desək yanılmarıq. Təsadüfi deyil ki, hələ sovetlər birliyi zamanında azərbaycanlı idmançılar ümumittifaq və dünya miqyaslı yarışlarda, çempionatlarda, Olimpiya oyunlarında hər zaman böyük nailiyyətlər əldə etmişlər.

Lakin Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra o zamankı siyasi rəhbərliyin xəyanətkar mövqeyi səbəbindən bütün sahələrdə olan tənəzzül və problemlər idman sahəsindən də yan keçmədi. Məhz bu kimi səbəblərdən də idman sahəsi məhv olmağa, idmançılar isə xaricə üz tutmağa məcbur olmuşdular. Lakin xalqımızın Ümummilli Lideri Heydər Əliyev dərin zəkası və güclü idarəetmə qabiliyyəti sayəsində Azərbaycanı düşdüyü uçurumdan xilas edə bildi. Bu mənada idmanımız da tənəzzüldən çıxaraq inkişaf yoluna qədəm qoydu. İdmanımızın planlı, gələcəyə hesablanmış inkişafı isə məhz, Müzəffər Prezidentimiz cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə başlandı. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan idmanı dünyada xüsusi çəkiyə, xüsusi yerə malikdir. Azərbaycan idmançıları demək olar ki, idmanın bütün növlərində dünyada özünəməxsus yer tutur. Bütün turnirlərdə qazanılan qələbələr sayəsində dövlət himnimiz səsləndirilir, üçrəngli bayrağımız dalğalandırılır. Hər il olduğu kimi bu il də Azərbaycan idmançıları iştirak etdikləri beynəlxalq yarışlarda ölkəmizin adını layiqincə təmsil etdilər.
Cənab Prezident 2025-ci ilin idman yekunlarına həsr edilmiş görüşdə çıxış edərək, uğur qazanmış idmançılarımızın uğurlarını yüksək qiymətləndirmiş, onların respublikamızın idman şöhrətini bir qədər də yüksəklərə qaldırdıqlarını bildirmişdir. Bəli, bu gün tək idmanda deyil, həyatın bütün sahələrində Azərbaycan insanı Qalib xalqı təmsil etməkdən və bundan da böyük qürur hissi keçirməkdən zövq alır!.

Elxan Həsənov
Neftçala rayonu

Medinex
ETX
Medinex
ETX
Medinex
ETX