AZ

Azərbaycanın 2025‑ci il maliyyə sektorunun İCMALI

Bakı. Trend:

2025‑ci il Azərbaycanın maliyyə sistemi üçün həm daxilisabitliyin saxlandığı, həm də beynəlxalq reytinq və əməkdaşlıqbaxımından əhəmiyyətli hadisələrlə yadda qalan il olub. Dövlətbüdcəsi, borc idarəçiliyi, bank və sığorta bazarları, beynəlxalqmaliyyə əlaqələri və reytinq agentliklərinin qiymətləndirmələri biraraya gətirilərək bu il maliyyə sektorunun əsas uğurlarınıformalaşdırıb.

Dövlət maliyyəsi: büdcə, borc və risklərin idarəolunması

Azərbaycan dövlət büdcəsinin 2025‑ci il üçün icrası əvvəlcədənproqnozlaşdırılan səviyyəni üstələyərək maliyyə sektorundadayanıqlılığın əsas göstəricisi kimi çıxış edib. 2025-ci ilinyanvar-noyabr aylarında dövlət büdcəsinin icrasında müsbət dinamikamüşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 1 436000-dən çox ödəniş tapşırığı icra edilib, dövlət büdcəsiningəlirləri isə yüksək səviyyədə yerinə yetirilib. Dövr ərzindəkonsolidasiya edilən büdcə gəlirləri 43,9 milyard manat təşkil edibki, bu da 11 aylıq proqnozdan 2,5 milyard manat və ya 6,1% çoxdur.Eyni dövrdə dövlət büdcəsinin gəlirləri isə 35,6 milyard manattəşkil edib ki, bu da 11 aylıq proqnozu 324,6 milyon manat və ya0,9 faiz üstələyib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindəndaxilolmalar 15,3 milyard manat təşkil edib. Bu göstəriciproqnozdan 745,5 milyon manat (5,1%) artım nümayiş etdirib.İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidməti vasitəsilə 41,6milyon manat vəsait daxil olub ki, bu da proqnozdan 10,2 milyonmanat (32,5%) çoxdur. Bundan başqa, dövr ərzində Dövlət NeftFondundan transfert 13,3 milyard manat təşkil edib ki, bu daproqnozun tam icrası deməkdir.

Dövlət Gömrük Komitəsi vasitəsilə daxilolmalar 5,8 milyard manat(proqnozun 96,6%-i) təşkil edib. Həmçinin dövlət büdcəsindənmaliyyələşdirilən təşkilatların pullu xidmətlərindən əldə ediləngəlirlər 592,3 milyon manata (proqnozun 72,7%-i) çatıb, digərdaxilolmalar 654,7 milyon manat (proqnozun 99,1%-i) təşkiledib.

Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ilin ilk 11 ayıərzində icmal büdcə xərcləri 36,8 milyard manat təşkil edib ki, buda ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 milyard manat və ya 3,9%çoxdur.

Dövr ərzində dövlət büdcəsinin xərcləri 31,4 milyard manatabərabər olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 376,6milyon manat və ya 1,2% artım deməkdir.

Dövlət borcu: xarici və daxiliöhdəliklər

Bu ilin oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcu 4,893milyard ABŞ dolları təşkil edib. Məlumata görə, bu göstərici2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 6,4 faizini təşkil dib.2025-ci ilin 01 yanvar tarixi ilə müqayisədə xarici dövlət borcu236,6 milyon ABŞ dolları məbləğində azalıb.

Cari ilin oktyabrın 1-nə xarici dövlət borcunun valyuta tərkibibelə olub: ABŞ dolları – 85,3 faiz, avro – 6,3 faiz, XBH(Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,4 faiz,yapon yeni – 3,3 faiz, digər valyutalar – 1,7 faiz.

2025-ci ilin 1 oktyabr tarixinə ölkənin strateji valyutaehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu vəAzərbaycan Respublikasının Mərkəzi Bankı) 81,5 milyard ABŞ dollarıməbləğində olmaqla xarici dövlət borcunu təqribən 16,6 dəfəüstələyir.

2025-ci ilin 1 oktyabr tarixinə dövlət büdcəsinin borca xidmətxərcləri hesabına xarici borclar üzrə 435,8 milyon ABŞ dollarıməbləğində əsas borc, 191,8 milyon ABŞ dolları məbləğində isə faizborcu ödənişləri həyata keçirilib.

Eyni zamanda bu ilin oktyabrın 1-nə Azərbaycanın 17,47 milyardmanat təşkil etmiş daxili dövlət borcunun 7,987 milyard manatınıdövriyyədə olan dövlət qiymətli kağızları, 9,60 milyard manatınıisə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəlikləri təşkiledib. Məlumata görə, hesabat tarixinə dövlət qiymətli kağızlarının3 faizi 1 illik, 56,3 faizi 2 və 3 illik, 40,7 faizi isə 5 il vədaha artıq müddətli olub.

Oktyabrın 1-nə dövriyyədə olan dövlət istiqrazları üzrə OrtaÖdəmə Müddəti (OÖM) 3,52 il təşkil edib. Cari ilin 9 ayı ərzindədövlət istiqrazları üzrə orta ödəniş müddətinin uzadılması, təkrarmaliyyələşdirmə həcmlərinin hamarlaşdırılması məqsədilə həyatakeçirilən tədbirlər nəticəsində qısamüddətli dövlət istiqrazlarınıngeri alınaraq daha uzunmüddətli dövlət istiqrazları ilə əvəzolunması dövlət istiqrazları üzrə OÖM-ün artmasına səbəb olub.

Bundan başqa, cari ilin oktyabrın 1-nə Azərbaycanın dövlətzəmanətli borcunun məbləği 10,686 milyard manat və ya 2025-ci ilüzrə proqnozlaşdırılan ÜDM-in 8,2%-ni təşkil edib. Dövlətzəmanətinin 9,024 milyard manatı (5,308 milyard ABŞ dolları) vəyaxud 84,4 faizi xarici kreditlərin, 1,662 milyard manatı və yaxud15,6 faizi isə daxili kreditlərin payına düşüb.

Xarici dövlət zəmanətli borc portfelinin 79,1 faizi və yaxud4,197 milyard ABŞ dolları məbləğində hissəsi "Cənub Qaz Dəhlizi"QSC-nin cəlb etdiyi kreditlərə verilən dövlət zəmanətlərindənibarətdir.

Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 58,8 faizinisabit, 41,2 faizini dəyişkən faiz dərəcəli borc təşkil edib.

Cari ilin oktyabrın 1-nə dövlət zəmanətli borc portfelininvalyuta tərkibi belə olub: ABŞ dolları– 63,3 faiz, avro – 18,5faiz, manat – 12,4 faiz, yapon yeni – 3,9 faiz, digər valyutalar –1,9 faiz.

Bank sektoru

2025‑ci il bank sektoru üçün artım və sabitlik ili olub. Beləki, ölkənin bank sektoru bu ilin yanvar-noyabr ayları ərzində 1,060milyard manat xalis mənfəət əldə edib. Qeyd olunan göstərici ötənilin eyni dövrünə nisbətən 92,4 milyon manat və ya 9,6% çoxdur.

Cari ilin 11 ayında banklar tәrәfindәn ümumilikdә 265,5 milyonmanat mәblәğindә mәnfәәt vergisi ödәnilib (2024-cü ilin analojidövrü ilә müqayisәdә 14,3% vә ya 33,2 milyon manat daha çox).

Eyni zamanda bu ilin dekabrın 1-nə Azərbaycanda fәaliyyәtdә olanbankların cәmi aktivlәri 58,748 milyard manat təşkil edib. Hesabatdövründə bankların cәmi öhdәliklәri 51,517 milyard manat, balanskapitalı 7,231 milyard manat olub.

Beləliklə, noyabr ayında bankların cәmi aktivlәri 4,3%, cәmiöhdәliklәri 4,7%, balans kapitalı 1% artıb.

Ötən ilin dekabr ayının 1-i ilə müqayisədə isə bankların cәmiaktivlәri 17,1% artıb.

Bu ilin dekabrın 1-nə Azərbaycanda bankların kredit portfeli isə1% vә ya 281,7 milyon manat artaraq 29,685 milyard manat olub.Kredit portfelinin strukturunda biznes kreditlәri – 53.2% (15,805milyard manat), istehlak kreditlәri – 31.4% (9,319 milyard manat)vә ipoteka kreditlәri – 15.4% (4,562 milyard manat) təşkiledib.

Bankların öhdәliklәrinin strukturunda depozit portfeli üstünlüktәşkil edib (cәmi öhdәliklәrin 72.2%-i vә ya 37,202 milyon manat).Depozit portfelinin 57.4%-i (21,354 milyard manat) hüquqişәxslәrin, 42.6%-i (15,848 milyard manat) fiziki şәxslәrindepozitlәrindәn (fәrdi sahibkarlıqla mәşğul olan fiziki şәxslәrindepozitlәri istisna olmaqla) ibarәt olub.

Bu rəqəmlər bank sektorunun həm dayanıqlı maliyyə nizamına malikolduğunu, həm də əmanətçilər üçün cəlbedici mühit yaratdığınıgöstərir.

Azərbaycan Mərkəzi Bankının (AMB) pulsiyasəti

Azərbaycan Respublikası Mərkəzi Bankı 2025-ci ildə də özfəaliyyətini başlıca mandatı olan qiymət sabitliyinə yönəldib.Hesabat ilində illik inflyasiya hədəf diapazonunda (4±2%) olub. Pulsiyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətindəislahatlar davam etdirilib Nəticədə pul siyasətinin faiz kanalınınötürücülüyü aktivləşməyə başlayıb.

Valyuta bazarındakı sabitlik ölkədə qiymət sabitliyinin təminolunmasında həlledici rol oynayıb. 2025-ci ilin ötən dövründə nağdvə nağdsız seqmentlər üzrə ümumilikdə valyuta bazarında təkliftələbi üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinindollarlaşma səviyyəsi son 12 ayda 2.1 faiz bəndi azalaraq 2025-ciilin noyabrında 29%-ə enib. Əlverişli xarici sektor göstəricilərivalyuta bazarında tarazlığı dəstəkləyib. Tədiyə balansının cariəməliyyatlar hesabının profisiti 2025-ci ilin 9 ayında 3 milyardABŞ dolları və ya ÜDM-in 5.4%-i səviyyəsində olub. Bu şəraitdəölkənin strateji valyuta ehtiyatları 11 ayda 17.7% artaraq 83.6milyard ABŞ dollarına çatıb. O cümlədən Mərkəzi Bankın valyutaehtiyatları 4.3% artaraq 11.4 milyard ABŞ dollarına yüksəlib.Beləliklə, ölkənin strateji valyuta ehtiyatları xarici borcunu 17dəfədən çox üstələyir.

2025-ci ildə pul siyasətinə dair qərarlar makroiqtisadiproqnozlar, inflyasiyanın risk amillərində baş verən dəyişikliklər,valyuta bazarındakı vəziyyət və xarici ölkələrdə faizlərinazaldılması üzrə gözləntilər nəzərə alınmaqla verilib. Dövr ərzindəfaiz dəhlizi parametrləri öncədən nəzərdə tutulmuş qrafik üzrə 8dəfə müzakirə edilib. Mərkəzi Bankın İdarə Heyətinin pul siyasətinəhəsr edilmiş 6 iclasında uçot dərəcəsinin sabit saxlanılması, 2iclasında isə azaldılması barədə qərar qəbul edilib. Ümumilikdəcari il ərzində pul siyasəti yumşaldılıb, uçot dərəcəsi 7.25%-dən6.75%-ə, faiz dəhlizinin yuxarı həddi 8.25%-dən 7.75%-ə, dəhlizinaşağı həddi isə 6.25%-dən 5.75%-ə endirilib. Hazırda uçot dərəcəsison 4 ilin minimum səviyyəsindədir və neytral faiz dərəcəsinəyaxındır.

2025-ci il ərzində pul siyasəti alətləri pul bazarında gedənproseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqlatətbiq edilib. Bu əməliyyatlar təminatsız pul bazarında faizlərinMərkəzi Bankın faiz dəhlizinin dəyişiminə adekvat reaksiyaverməsini təmin edib. Son aylarda uçot dərəcəsi ilə pul siyasətininyardımçı əməliyyat hədəfi olan təminatsız pul bazarında 1 günlükəməliyyatlar üzrə orta faiz dərəcəsi - AZIR arasında fərq minimumaenib. AZIR indeksinin orta günlük səviyyəsi oktyabrda 6.89%,noyabrda 6.91%, dekabrın ötən dövründə isə 6.84% olub. Ümumilikdə11 ay ərzində uçot faiz dərəcəsi ilə AZIR indeksi arasındakıstandart kənarlaşma 0.29 faiz bəndi (o cümlədən son 3 ayda 0.04faiz bəndi) olub ki, bu da beynəlxalq təcrübə baxımından məqbulhesab edilir. Hesabat dövründə uçot dərəcəsinin AZIR vasitəsilədigər faizlərə təsir göstərməsi də müşahidə edilib. Belə ki, iyulayında uçot dərəcəsinin azaldılması qiymətli kağızlar bazarındagəlirliliyin, eləcə də yeni depozit və kredit faizlərinin azalmasıilə müşayiət olunub.

Hesabat dövründə banklararası bazarın həm təminatsız, həm dətəminatlı sektorunda aktivlik yüksək olaraq qalıb. 11 ayda Blumberqplatformasında banklar arasında milli valyutada 61.8 milyard manatməbləğində 3482 əqd bağlanıb. Bu dövrdə banklararası repo bazarında3.0 milyard manat həcmində 287 əqd bağlanıb.

Cari ilin aprel ayından başlayaraq Maliyyə Nazirliyi tərəfindənvahid xəzinə hesabı qalığı kommersiya banklarında depozit şəklindəyerləşdirib ki, bu da bank sektorunda likvidliyin avtonom amillərhesabına artımına səbəb olub. Bu şəraitdə AZIR-ı uçot dərəcəsinəyaxın idarə etmək üçün 7 günlük depozit əməliyyatından başlıca açıqbazar əməliyyatı kimi istifadə edilib. 30 noyabr 2025-ci iltarixinə açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinintərkibində 7 günlük depozit portfelinin payı 87% olub.

Pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi işlərihesabat dövründə də davam etdirilib. Belə ki, qısamüddətlilikvidliyi daha effektiv idarə etmək üçün daimi imkan depozit vədaimi imkan əks-repo əməliyyatlarının müddəti 1 günlükdən 1gecəliyə dəyişdirilib, not hərraclarında minimum iştirakçı sayınaqoyulan tələb aradan qaldırılıb, sterilizasiyayönümlü açıq bazarəməliyyatı olan 7 günlük repo 7 günlük depozitlə əvəz edilib.

Dövr ərzində Mərkəzi Bank banklararası pul bazarında gedənprosesləri və qabaqcıl beynəlxalq təcrübəni təhlil edib.Təhlillərin nəticələrini nəzərə alaraq Avropa Yenidənqurma vəİnkişaf Bankının (AYİB) ekspertləri ilə sıx əməkdaşlıq çərçivəsində2025-ci ilin mayında AZIR indeksinin hesablanmasının daha təkmilqaydaları təsdiq edilib. Bu qayda AZIR-ın istinad dərəcəsi kimimaliyyə bazarı iştirakçıları tərəfindən davamlı istifadəsinə xidmətedir.

Cari ildə AYİB tərəfindən milli valyutada AZIR indeksinə bağlıüzən faizli istiqrazların yerləşməsinə başlanılmışdır. Bu çərçivədə50 milyon manat həcmində ilk tranş açıq təklif üsulu ilə uğurlayerləşdirilib. Bu, Azərbaycanın maliyyə bazarı üçün böyük nailiyyətolmaqla yanaşı, həm də AZIR indeksinin etibarlı istinad faizi kimiistifadəsinin göstəricisidir.

Tədiyə balansı və xarici ticarət

2025‑ci ilin 9 ayında tədiyə balansında ciddi profisit müşahidəolunub. Cari əməliyyatlar hesabında 3,0 milyard dollar profisityaranıb və bu ÜDM‑in 5,4%-ni təşkil edib. Dövr ərzində Azərbaycanıntədiyyə balansının ümumi kəsiri 1,1 milyard ABŞ dolları təşkiledib.

Xarici ticarət dövriyyəsi 30,8 milyard dollar olub, buradaneft‑qaz sektoru üzrə profisit 14,0 milyard dollar, qeyri‑neft‑qazsektoru üzrə isə 8,4 milyard dollar kəsir qeydə alınıb. Dövrərzində ölkəyə 850 milyon dollar pul baratı (0,2 faiz artım) daxilolub. Eyni zamanda Azərbaycandan xaricə köçürülmüş pul baratlarınınhəcmi isə 361 milyon dollar təşkil edib.

Həmçinin bu ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına 4,7milyard dollar birbaşa xarici investisiya yatırılıb. Azərbaycandanisə xaricə 2,038 milyard dollarlıq birbaşa investisiya qoyulub.

Bundan başqa, cari ilin ilk 9 ayında ölkənin əmtəə ixracı 6,1%artaraq 18,2 milyard dollar, qeyri‑neft ixracı isə 2,5 milyarddollar təşkil edib.

Xidmətlər balansı üzrə nəqliyyat xidmətləri profisiti 1,3milyard dollar (+50,2%) və turizm xidmətləri profisiti 0,3 milyarddollar səviyyəsində olub.

Sığorta sektoru

Azərbaycanda sığorta bazarı 2025‑ci ildə aydın artım dinamikasınümayiş etdirib.

Yanvar–noyabr dövründə 16 sığorta şirkəti vasitəsilə 1,365milyard manat sığorta haqqı toplanıb və ötən ilin eyni dövrü iləmüqayisədə 11,7% artım nümayiş etdirib. Dövr ərzində sığortaşirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 844,8milyon manat təşkil edib ki, bu da illik müqayisədə 21,7%çoxdur.

Dövr ərzində həyat sığortası üzrə yığımlar 773,9 milyon manat(+16,1%), ödənişlər isə 595,7 milyon manat (+32,2%), qeyri‑həyatsığortası bazarı üzrə yığımlar 591,5 milyon manat (+6,5%),ödənişlər 249,1 milyon manat təşkil edib. Bundan başqa, hesabatdövründə könüllü sığorta bazarı 1,034 milyard manat yığımlarla13,3% artıb, ödənişlər isə 713,1 milyon manat (+25,5%) olub. Eynizamanda icbari sığorta növlərinin hesabına 331,3 milyon manat (+7%)sığorta haqqı toplanılıb. Bu sığorta növü üzrə ödənişlərin həcmiisə 131,7 milyon manata (+4,5%) çatıb.

Azərbaycanın bank sektorundayeniliklər

Oktyabr ayından etibarən Azərbaycan Mərkəzi Bankı (AMB) ilk dəfəmaliyyə bazarında "Açıq bankçılıq" funksionallığının tətbiqinəbaşladı. Qeyd edilib ki, AMB "2024-2026-cı illərdə maliyyəsektorunun inkişaf Strategiyası" çərçivəsində maliyyə bazarlarındagöstərilən maliyyə xidmətlərinin rəqəmsallaşdırılması, yerli bazarüçün yeni innovativ maliyyə məhsullarının təqdim olunması, bununlada ölkədə maliyyə inklüzivliyinin artırılması istiqamətindətədbirlərin həyata keçirilməsini davam etdirir. Strategiyanınfəaliyyət planında "Rəqəmsal maliyyə" təşəbbüsü çərçivəsində "Açıqbankçılıq" yanaşmasının tətbiqi strateji prioritetlərdən biri kimimüəyyən edilib. Bu istiqamətdə "Açıq bankçılıq" yanaşmasınıtənzimləyən normativ aktlar və texniki platforma hazırlanıb.

Eyni zamanda kommersiya banklarının qeyd edilən platformayainteqrasiyası işləri davam etdirilib. Məlumata görə, hazırda 6 bankinteqrasiyanın yekun mərhələsindədir, 13 bank - "AzərbaycanBeynəlxalq Bankı" (ABB), "AFB Bank", "Azərbaycan Sənaye Bankı","Azər Türk Bank", "Bank of Baku", "Bank Respublika", "KapitalBank", "TuranBank", "Yapı Kredi Bank Azərbaycan", "Yelo Bank","Bank VTB Azərbaycan", "Premium Bank" və "Xalq Bank" isəinteqrasiyanı tam yekunlaşdırıb.

Bundan əlavə, ABB və "Turan Bank" "Açıq bankçılıq"funksionallığını mobil tətbiqlər vasitəsilə öz müştərilərinə təqdimediblər. Bu mobil tətbiqlər vasitəsilə bank müştəriləri üçünonların razılığı əsasında digər banklarda olan hesabları və hesabüzrə ödəniş əməliyyatları haqqında məlumatları vahid bir tətbiqüzərindən əldə etmək imkanları yaradılıb.

Xatırladaq ki, "Açıq bankçılıq" yanaşması banklararası vəmaliyyə texnologiyaları ekosisteminin daha sıx inteqrasiyasınıtəmin edir, ölkədə rəqəmsal transformasiya prosesini sürətləndirir,maliyyə xidmətlərinə çıxış imkanlarını əhəmiyyətli dərəcədəsadələşdirir. Eyni zamanda, bu model bazarda rəqabəti artırır:banklar və fintexlər daha innovativ məhsullar hazırlamağa,müştəriyə daha rahat və sərfəli xidmətlər təqdim etməyə təşviqolunurlar.

Bundan başqa, bu il Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyəbazarında informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyingücləndirilməsi istiqamətində həyata keçirdiyi kompleks tədbirlərçərçivəsində bank sektorunu əhatə edən rəqəmsal fırıldaqçılıqstatistikasını ictimaiyyətə açıqladı. Bildirildi ki, məqsədictimaiyyətin kibertəhlükəsizlik sahəsində maarifləndirmə vəməlumatlılıq səviyyəsinin artırılmasıdır.

Həmçinin bu il Azərbaycan Mərkəzi Bankı (AMB) valyutaehtiyatlarının diversifikasiya strategiyası çərçivəsində 2021-ciilin mart ayında Beynəlxalq Hesablaşmalar Bankı (BHB) tərəfindənyaradılmış, ABŞ dollarında denominasiya olunmuş Yaşıl İstiqrazFonduna investisiya edib.

Ortaq əməkdaşlıqlar

Bu il Milli Depozit Mərkəzi (MDM) Tabadul layihəsi çərçivəsində"Bakı Fond Birjası" QSC (BFB) və "Azər Türk Bank" ASC (ATB) iləbirlikdə Tabadul Ticarət Mərkəzinə qoşulmaq məqsədilə BirləşmişƏrəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Əbu-Dabi Birjası (ADX)ilə birgə Kollektiv Mübadilə Razılaşması imzalayıb. Bildirilib ki,imzalanmış bu razılaşma sayəsində Tabadul Ticarət Mərkəzi, BFB vəADX arasında körpü rolunu oynayaraq hər iki birjanın üzvlərinəqarşılıqlı ticarət etmə imkanı yaradacaq.

Bu həm investorlar, həm də investisiya şirkətləri üçünqarşılıqlı bazarlarda ticarət prosesinin daha sürətli, effektiv vətəhlükəsiz təşkilinə imkan verəcək. MDM, daxili bazarda ticarətetmək istəyən hər bir ADX üzvünə onların müştəriləri və özhesablarına əldə etdikləri qiymətli kağızların hesablaşmalarını vəsaxlanılmasını həyata keçirmək məqsədilə mərkəzi depozitarsistemində müvafiq olaraq nominal saxlayıcı və depo hesabı açaraqdəstək olacaq.

İlkin mərhələdə BFB və ADX üzvlərinin Tabadul qarşısında ticarətöncəsi pul öhdəliklərinin tanınması və pul hesablaşmalarının həyatakeçirilməsi məqsədilə "Azər Türk Bank" hesablaşma agenti kimi təyinedilib.

Tabadul platforması qısa müddətdə bir çox ölkə və regionarasında əlaqələrin qurulmasına imkan vermiş, bazarlar arasındaticarət proseslərini daha əlçatan edib.

Platformanın genişlənməsi Tabadulu regional kapital bazarlarındaəməkdaşlıq üçün vacib bir mərkəzə çevirir. Bununla yanaşı, TabadulTicarət Mərkəzinə qoşulma Azərbaycanda kapital bazarınıninkişafına, bu sahədə beynəlxalq əlaqələrin gücləndirilməsinə vəbazarın daha rəqabətqabiliyyətli olmasına töhfə verəcək.

Eyni zamanda bu il Azərbaycan və Çin Mərkəzi bankları arasındaƏməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandumpul-kredit siyasəti, maliyyə sektoru, ödəniş sistemləri, maliyyətexnologiyaları və digər sahələrdə ikitərəfli əməkdaşlığıngücləndirilməsinə yönəlib.

İl ərzində həmçinin Azərbaycan və Beynəlxalq MaliyyəKorporasiyası (IFC) arasında "Dövlət-Özəl Tərəfdaşlığı (PPP)sahəsində Bacarıqların Artırılması üzrə Əməkdaşlıq Sazişi"imzalandı.

Bundan başqa, il ərzində "Azərbaycan Banklar Assosiasiyası"(ABA) İctimai Birliyi və Qazaxıstan Maliyyəçilər Assosiasiyasıarasında Anlaşma Memorandumu imzalandı.

Dövr ərzində daha bir diqqətçəkən məqam Azərbaycanın BeynəlxalqMaliyyə Savadlılığı Şəbəkəsinə tamhüquqlu üzv olması oldu. Belə ki,Azərbaycan Mərkəzi Bankı (AMB) İqtisadi Əməkdaşlıq və İnkişafTəşkilatının (OECD) Beynəlxalq Maliyyə Savadlılığı Şəbəkəsinə(INFE) tamhüquqlu üzv qismində qoşulub.

Bildirib ki, bu üzvlük çərçivəsində qurum şəbəkənin "Maliyyəsavadlılığı standartları: tətbiqi və qiymətləndirilməsi", "Rəqəmsalmaliyyə savadlılığı" və "Maliyyə savadlılığı və davamlı maliyyə"üzrə işçi qruplarında iştirak etmək, beynəlxalq səviyyədəhazırlanan siyasət sənədlərinin işlənməsi prosesinə birbaşa cəlbolunmaq, həmçinin mövcud siyasət sənədləri bazasına çıxış əldəetmək hüququ qazanıb. Bununla da, AMB qabaqcıl təcrübələr vəyanaşmalarla mütəmadi tanış olmaq imkanından yararlanacaq.

Bundan başqa, bu il Azərbaycan Mərkəzi Bankı (AMB) "Azərbaycandakapital bazarının inkişafı məqsədilə tənzimləyici bazanınhazırlanması üçün İslam maliyyəsi qrantı" layihəsinin həyatakeçirilməsinə texniki yardımın göstərilməsi ilə bağlı İslam İnkişafBankı İnstitutuna (IsDBI) müraciət edib. Təşəbbüsün məqsədiAzərbaycanda İslam maliyyələşdirmə alətlərinin, xüsusilə də sukukuntətbiqi üçün əlverişli mühitin yaradılmasına dəstək olmaqdır.

Layihə sukuk və digər İslam maliyyə alətlərinin buraxılması üçünetibarlı hüquqi və tənzimləyici bazanın hazırlanmasına, milliinstitutların belə əməliyyatlarla bağlı risklərin idarə edilməsiüzrə potensialının gücləndirilməsinə, eləcə də ölkədə İslammaliyyəsinin inkişafını izləmək üçün monitorinq və qiymətləndirməsisteminin yaradılmasına yönəlib.

Sənəddə qeyd olunur ki, layihənin uğurla həyata keçirilməsiAzərbaycanda ilk sukukun buraxılmasına imkan verəcək ki, bu damaliyyə sektorunun şaxələndirilməsi istiqamətində mühüm addımolacaq.

Beynəlxalq reytinq agentliklərininqiymətləndirmələri

2025‑ci il maliyyə sektorunun beynəlxalq reytinq baxımındandəyərləndirilməsi olduqca əhəmiyyətlidir. Belə ki, “Moody’s”Azərbaycan iqtisadi dayanıqlığını və diversifikasiya potensialınıvurğulayaraq, real ÜDM artımının 2025‑ci ildə 1,5% səviyyəsindəolacağını proqnozlaşdırıb. Bundan başqa, “S&P Global Ratings”2025‑2028‑ci illər üçün ÜDM artımını orta hesabla 1,9% səviyyəsindəgörür, həmçinin valyuta ehtiyatlarının artımını və cariəməliyyatlar balansının profisitini iqtisadi dayanıqlığıngöstəricisi kimi qeyd edib. “Fitch Ratings” isə Azərbaycanınmaliyyə göstəricilərini möhkəm hesab edərək reytinqləriniinvestisiya dərəcəsində saxlayıb. Belə ki, “Fitch Ratings”inqiymətləndirməsinə görə, 2025-ci ildə Azərbaycanda cariəməliyyatlar hesabının profisiti ÜDM-in 4,5%-i səviyyəsindəqalacaq, ümumi xarici borcun ÜDM-dəki payı isə 21,1%-ə enəcək.Agentlik həmçinin inflyasiyanın 2025-ci ildə 5,7% təşkil edəcəyini,rəsmi beynəlxalq ehtiyatların isə 11,6 milyard dollar səviyyəsindəformalaşacağını proqnozlaşdırıb.

Bu reytinqlər dünya bazarlarında Azərbaycanın kreditetibarlılığına təsir edir və beynəlxalq maliyyə əlaqələrinə müsbəttəsir göstərir.

Beləliklə, 2025‑ci il Azərbaycan üçün maliyyə sektorunun bütünelementləri üzrə müsbət dinamika ilə yadda qaldı. Dövlət büdcəsiproqnozlaşdırılan səviyyələri aşdı, bank və sığorta sektorlarındaaktiv artımlar qeydə alındı, valyuta ehtiyatları rekord səviyyədəformalaşdı və beynəlxalq reytinq agentlikləri ölkənin dayanıqlığınıtəsdiqlədi. Bütün bu amillər maliyyə sisteminin sabitliyini təminetməklə yanaşı, gələcək illər üçün də möhkəm zəmin yaradır.

Seçilən
136
18
az.trend.az

10Mənbələr