Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 29 dekabr, AZƏRTAC
Milli Kitabxanada görkəmli kimyaçı alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Yusif Məmmədəliyevin 120 illiyi münasibətilə virtual və eyniadlı ənənəvi sərgi açılıb.
Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.
Bildirilib ki, sərgilərdə rəsmi sənədlər, fotolar, akademikin tədqiqat əsərləri, həyat və fəaliyyəti, elmi istiqamətləri və xidmətləri haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri-mətbuatda dərc olunmuş məqalələr nümayiş olunub.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkdən istifadə edə bilərlər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.