AZ

Heydər Əliyev prospektində ZƏNCİRVARİ QƏZA: Xəsarət alanlar var

Nərimanov rayonu, Heydər Əliyev prospektində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə dekabrın 29-da, saat 00:07-də qeydə alınıb.

Belə ki, metronun "Koroğlu" stansiyası istiqamətində hərəkət edən avtomobil manevr qaydasını pozaraq kənar sağ zolaqla hərəkət edən avtomobilin qarşısına çıxıb. Toqquşma zamanı idarəetmədən çıxan avtomobil əsas yola çıxıb və nəticədə daha bir avtomobillə toqquşub. Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.

Məsələnin detalları araşdırılır.

Paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəza səbəbilə metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Heydər Əliyev prospektində ZƏNCİRVARİ QƏZA: Xəsarət alanlar var

Seçilən
49
50
moderator.az

10Mənbələr